AVRO-2024-ün püşk tarixi və yeri müəyyənləşib

11 Sentyabr 2020 16:15 (UTC+04:00)

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması Hamburq şəhərində olacaq.

24 komandanın qatılacağı mərasim 2023-cü ilin dekabrında Elbe Filarmoniyasında keçiriləcək.

Qeyd edək ki, AVRO-2024-ün matçları Almaniyanın Berlin, Dortmund, Düsseldorf, Hamburq, Gelzenkirxen, Köln, Leyptsiq, Münhen, Frankfurt-Mayn və Ştuttqart şəhərlərində olacaq. (Report)

AzNews.az