Tehranda partlayış oldu - 1 ölü, 20 yaralı

11 Sentyabr 2020 20:18 (UTC+04:00)

İranın Tehran əyalətinin Nəsimşəhr şəhərində partlayış baş verib.

AzNews.az-ın “TASS”a istinadən məlumatına görə, partlayışda azı 1 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Bundan başqa, 23 avtomobilə, 30-dan çox binaya ziyan dəyib.

İlkin məlumata görə, hadisə mağazaların birində baş verib. İnsidentin təfərrüatı araşdırılır.