Rumıniya prezidenti 15 ölkədəki səfiri geri çağırdı

11 Sentyabr 2020 21:48 (UTC+04:00)

Rumıniya prezidenti Klaus Yohannis ölkəsinin 15 dövlətdəki səfirini geri çağırıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rumıniyanın dövlət başçısının Mətbuat xidməti yayıb.

K.Yohannis sentyabrın 11-də Türkiyə də daxil olmaqla 15 ölkədəki səfirin geri çağırılması haqqında sərəncam imzalayıb. Səfirlər geri çağırılan ölkələr bunlardır: İraq, Livan, Argentina, Paraqvay, Avstraliya, Yeni Zelenadiya, Niderland, Finlandiya, Malayziya, Bruney, Peru, Boloviya, Macarıstan, Rusiya və Türkiyə.

Prezident Administrasiyası 12 diplomatın geri çağırılmasının səbəbini açıqlamasa da, yerli KİV səfirlərin səlahiyyət müddətinin başa çatdığını bildirib.