Niderlandda rekord göstərici

12 Sentyabr 2020 11:09 (UTC+04:00)

Niderlandda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 1,2 min nəfər artıb.

AzNews.az bildirir ki, bu barədə Avropa KİV-i xəbər verib.

Qeyd edilir ki, bu, aprelin sonundan bəri yeni yoluxma hallarının ən böyük artımıdır.

Ümumilikdə bu həftə ərzində ölkədə 6,5 mindən çox COVID-19-a yoluxma halı qeydə alınıb. Ötən həftə bu göstərici 4 minə bərabər idi.

Pandemiya dövründə Niderlandda 80 minə yaxın insan koronavirusa yoluxub. Onlardan 6,2 mini dünyasını dəyişib.