Binəqədidə evdən 28 minlik oğurluq edilib

12 Sentyabr 2020 15:48 (UTC+04:00)

Binəqədidə evdən külli miqdarda oğurluq edilib.

AzNews.az xəbər verir ki, rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat, 4500 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları olan seyf aparılıb.

Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.