Maşın ağaca çırpıldı: Sürücü öldü

4 İyun 2013 11:24 (UTC+04:00)
Gecə Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində ölümlə nəticələnən qəza hadisəsi baş verib.

AzNews.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 4-də saat 00.15 radələrində kənd sakini Ədalət Məmmədov dövlət qeydiyyat nişanları olmayan "Toyota" markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ruhiyyə
Aznews.az