Bakıda yanğın bir ailəni evsiz qoydu

12 Sentyabr 2020 22:27 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.