Yazıçı Sarkiyasını günahlandırdı
4 İyun 2013 11:33 (UTC+04:00)
Məşhur erməni yazıçı Levon Xeçoyan Ermənistan dövlətinin ona verdiyi mükafatdan imtina edib.
L. Xeçoyan İragir.am saytına "Vətən qarşısında xidmətlərinə görə" medalından imtina etməsinin səbəblərini açıqlayıb.
"Mən Ermənistanı bu qədər tərk edən həmvətənlərimin olmasına görə mükafatı qədul edə bilməzdim", - deyə yazıçı bildirib.
Levon Xeçoyan ölkəsində vəziyyətin bu həddə gəlib çatmasında Serj Sarkisyanı və onun komandasını günahkar bilib
Qeyd edək ki, Levon Xeçoyan ölkəsində tanınan yazıçılardandır. Onun əsərləri yazıçı Əkrəm Əylislislinin qalmaqallı "Daş yuxular"ı çap olunmuş "Drujba Narodov" jurnalında çap olunub. //anspress//
AzNews.az