Moskvada koronavirusdan sağalanların sayı 230 minə çatır

13 Sentyabr 2020 10:43 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada daha 900 pasiyent koronavirus infeksiyasından sağalıb.

AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova jurnalistlərə bildirib.

O, qeyd edib ki, bununla da virusdan sağalanların ümumi sayı 229 mini ötüb.

"Moskvada sağalanların sayı artmaqda davam edir. Ötən gün müalicədən sonra daha 900 pasiyent sağalıb. İnfeksiyadan sağalan insanların ümumi sayı 229 573-ə qədər artıb", - vitse-mer əlavə edib.