Daha 350 nəfər Gürcüstandan ölkəmizə təxliyə ediləcək

13 Sentyabr 2020 14:11 (UTC+04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyi daha 350 nəfərin ölkəmizə təxliyəsini həyata keçirəcək. Onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Ukrayna vətəndaşları olan azərbaycanlılar da var.

AzNews.az xəbər verir ki, təxliyə olunacaq şəxslər sentyabrın 13-də Gürcüstandakı klinikaların birində koronavirusla bağlı test veriblər. Testlərin cavabı 24 saat ərzində məlum olacaq. Test cavabı neqativ olan şəxslər səfirlikdən COVID-19 arayışı alacaqlar. Sənəd 48 saat ərzində qüvvədə olacaq.

olunan şəxslər sentyabrın 14-də səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.