"Çelsi" Mendini transfer edir

14 Sentyabr 2020 09:45 (UTC+04:00)

İngiltərənin "Çelsi" futbol klubu Fransanın "Renn"i ilə qapıçı Eduard Mendini almaq barədə razılığa gəlib.

TASS-ın yayadığı xəbərə görə, fransalılar 28 yaşlı qolkiper üçün 20 milyon avro alacaq. "Çelsi" bonus olaraq daha sonra 5 milyon avro ödəyə bilər. Futbolçunun keçidi barədə rəsmi elan yaxın zamanlarda veriləcək.

Fransa çempionatının son mövsümündə E.Mendi doqquzunda qol buraxmadığı 24 matçda oynayıb. Qolkiper vətəni olan Seneqal millisi üçün isə yeddi görüş keçirib.

Xatırladaq ki, İngiltərə çempionatının ilk turunda "Çelsi" bu gün "Brayton"la qarşılaşacaq.