Braziliyada 4 330 455 nəfər yoluxub

14 Sentyabr 2020 10:00 (UTC+04:00)

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 15 minə yaxın nəfər yoluxub.

Məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 330 455 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 415 nəfər ölüb, ölənlərin ümumi sayı 131 625 nəfər təşkil edir.

AzNews.az