Çavuşoğlu Lavrova cavab verdi

14 Sentyabr 2020 17:15 (UTC+04:00)

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV-yə açıqlamasında deyib.

“Rusiya istəyirsə, Şimali Kiprlə Cənubi Kipr arasında vasitəçilik etsin. Lavrova daha əvvəl də demişdim. Vasitəçilik etmək istəyirsinizsə, adanın türk tərəfinə keçib onları da dinləyəcəksiniz”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Cənubi Kiprə səfəri zamanı “Əgər istəsələr, Türkiyə ilə Cənubi Kipr arasında vasitəçilik etməyə hazırıq” açıqlamasını verib. (axar.az)

AzNews.az