Yoluxanların sayı iki dəfə azaldı

14 Sentyabr 2020 18:06 (UTC+04:00)

Azərbaycanda bu gün koronavirus infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzNews.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.