İranda son sutkada 156 nəfər koronavirusdan öldü

14 Sentyabr 2020 20:49 (UTC+04:00)

İranda son sutkada 156 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 2 619 nəfərdə isə virus aşkarlanıb. Beləliklə, koronavirusdan ölənlərin sayı 23 313-ə, yoluxanların sayı isə 404 648-ə çatıb. 348 013 nəfər Covid-19-a qalib gəlib.

İndiyədək 3 586 848 test edilib.