“Neftçi“ klubunun işçisi aeroportda tutuldu

4 İyun 2013 13:24 (UTC+04:00)


Azerisport.az xəbər verir ki, yayılan son xəbərlərə görə, "Neftçi"nin keçmiş rəisi Güloğlan Cabbarov ölkəni tərk etmək istərkən Binə hava limanında keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunub.

Yayılan digər xəbərə görə, Baş Polis İdarəsinin İstintaq Şöbəsində dindirilən Güloğlan Cabbarov ölkəni və Bakını tərk etməmək haqqında iltizam alınaraq sərbəst buraxılıb. Cabbarovun mətbuata hər hansı açıqlama verməsi də qadağan olunub.


Azərbaycan Kubokunun finalındakı adam döymə hadisəsində iştirak edərək insanlara bədən xəsarətləri yetirən "Neftçi" klubunun əməkdaşlarının saxlanılaraq dindirilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə əməliyyat tərbirlərini davam etdirirlər.

AzNews.az