Reanimasiyadakı xəstələrin sayı açıqlandı

14 Sentyabr 2020 22:10 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 14-nə olan statistik göstəriciləri açıqlayıb.

AzNews.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 979 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 115 nəfər reanimasiyada, 12 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 117 və 11 idi.

Ümumilikdə 38 403 nəfər virusa yoluxub, 35 860 nəfər sağalıb, 564 nəfər vəfat edib.

Bu gün 3 630 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 013 108 test aparılıb.

Qeyd edək ki, bu gün 76 koronavirusa yoluxma faktı qeydə alınıb, 104 nəfər sağalıb, 2 nəfər ölüb.