Türkiyədə koronavirusla bağlı rəqəmlər yenidən artdı

14 Sentyabr 2020 22:49 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər dünyasını dəyişib, 1716 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 7 119-a, yoluxanların sayı isə 292 878-ə yüksəlib. Son 24 saat ərzində 1225 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ümumilikdə sağalan xəstə sayı 260 058-ə çatıb.