“Facebook” maraqlı funksiyanı istifadəyə verdi

14 Sentyabr 2020 23:54 (UTC+04:00)

“Facebook Inc” istifadəçilərə “Messenger” proqramının köməyindən istifadə edərək öz dostları ilə videolara baxa biləcəyini açıqlayıb.

Bu barədə AzNews.az xarici mətbuata istinadən xəbər verir.

“Birlikdə baxmaq” istifadəçiyə videozəngdən istifadə edərək səkkiz nəfərə qədər şəxslə birlikdə videoları seyr etməyə imkan yaradacaq. Eyni zamanda “facebook” istifadəçiləri “Messenger Otaqlar”ın köməyi ilə videokonfrans təşkil edə biləcəklər.