Rusiyada su və qida nümunələrində koronavirus tapıldı

15 Sentyabr 2020 20:26 (UTC+04:00)

Rusiyanın bir sıra bölgələrində su və qida nümunələrində koronavirusun aşkarlanmasına dair 46 fakt qeydə alınıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Rospotrebnadzor”un rəhbəri Anna Popova məlumat verib.

Koronavirusun su və qida nümunələrində aşkarlanması ilə əlaqədar araşdırmalar 3 sentyabrda Rusiyanın bütün bölgələrində başlayıb. Bunun üçün “Vektor” mərkəzi tərəfindən hazırlanmış bir texnikadan istifadə edilərək həm içməli, həm də tullantı sularından götürülən nümunələr yoxlanılıb.

Qeyd edək ki, ötən gün ərzində Rusiyada bir gündə 84 bölgədə 5 529 koronavirus infeksiyası hadisəsi aşkar edilib. Ölkə üzrə bu günə qədər koronavirusa yoluxanların sayı isə 1 073 849-a çatıb.