Yosixide Suqa baş nazir vəzifəsinə təsdiq edilib

16 Sentyabr 2020 09:15 (UTC+04:00)

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni sədri Yosixide Suqa ölkənin baş naziri vəzifəsində təsdiq edilib.

AzNews.az-ın məlumatına görə, səsvermə qanunverici orqanın veb saytında canlı yayımlanıb.

Suqa yaxın saatlarda öz kabinetinin tərkibini elan etməlidir.