Reynmen koronavirusa yoluxdu

16 Sentyabr 2020 13:00 (UTC+04:00)

Türkiyənin məşhur sosial media fenomeni Reynmen koronavirus testinin pozitiv olduğunu açıqlayıb.

AzNews.az xəbər verir ki, o, bu haqda “Instagram” hesabından paylaşım edib.

Paylaşımında izləyiciləri ilə “Yaxın zamanlarda təmasda olduğum hər kəs diqqətli olsa sevinərəm” sözlərini bölüşüb: “Xəstə kimiyəm, amma deyiləm də. Qəribə bir şeydir. Evdə, karantindəyəm. Heç yerə getmirəm. Heç kimlə təmasda olmuram. Bu zamana kimi ünsiyyətdə olduğum hamını xəbərdar etdim. Gedib test etdirsinlər. Mən özüm də buna başqasından yoluxmuşam, öz içimdə yaranan bir şey deyil. Hamı diqqətli olsun”.

Səidə Vahid

AzNews.az