Rayon sakinindən hədə-qorxu ilə 8 min manat pul tələb edən şəxs tutuldu

16 Sentyabr 2020 13:45 (UTC+04:00)

İmişli rayon sakininə hədə-qorxu gəlinib.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İmişli Rayon Polis Şöbəsinə müraciət edən Otuziki kənd sakini Z.Uğurluyev sentyabrın 15-də hədə-qorxu gəlməklə ondan 8 000 manat pul tələb edilməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kənd sakini E.Əliyev Z.Uğurluyevdən 6 000 manat pulu alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.