Qalatasaray-Neftçi oyununda onlar olmayacaq

16 Sentyabr 2020 15:30 (UTC+04:00)

"Qalatasaray" UEFA Avropa Liqasının seçmə oyununda sabah axşam Bakının qonağı olacaq.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu gün Azərbaycana gələcək Qalatasaray qrupunda yeni transferlər Karo Etebo və Oğulcan Çağlayandan əlavə Yunus Akgün və Əli Yavuz Kol da iştirak etməyəcək.

Xüsusi reyslə saat 11:00-da Bakıya hərəkət edəcək sarı-qırmızı komanda, bu gün yerli vaxtla saat 18.30-da ilk 15 dəqiqədə media mənsubları üçün açıq olan yarışın baş tutacağı Bakı Olimpiya Stadionunda son məşqə çıxacaq.

Məşqçi Fatih Terimin qatılacağı mətbuat konfransı yerli vaxtla saat 18.00-da Bakı Olimpiya Stadionunda yerləşən Media Mərkəzində başlayacaq.

Qrupdakı adlar belədir:

Şener Özbayraklı, Omar Elabdellaoui, Taylan Antalyalı, Ryan Babel, Radamel Falcao, Younes Belhanda, Martin Linnes, Ryan Donk, Ömer Bayram, Jimmy Durmaz, Christian Luyindama, Okan Kocuk, Marcelo Saracchi, Marcao Teixeira, Emre Kılınç, Arda Turan, Jesse Sekid , Sofiane Feghouli, Mbaye Diagne, Fatih Öztürk.

Səidə Vahid

AzNews.az