Azərbaycan traktor istehsalını bərpa edib

16 Sentyabr 2020 16:45 (UTC+04:00)

Azərbaycan avqust ayında traktor istehsalını bərpa edib.

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, 2020-ci ilin avqust ayında ölkədə 96 ədəd traktor istehsal olunub. Yanvar-avqust aylarında isə 165 ədəd traktor istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,8% azdır. Sentyabrın 1-nə anbarlarda 144 ədəd hazır məhsul ehtiyatı qalıb.

Koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar traktorların istehsalı may ayından etibarən dayandırılmışdı.