Daha bir erməni hərbçi öldü

16 Sentyabr 2020 18:12 (UTC+04:00)

Azərbaycan-Ermənistan sərhədinin şimal-qərb istiqamətində yerləşən hərbi hissələrdən birində erməni hərbçi ölüb.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, kiçik çavuş Ovik Nelsonoviç Tamazyan güllə və qəlpə yaraları alaraq ölüb.