“Azərbaycana qarşı ikili standartlar tətbiq edilir” - Türkiyə XİN rəsmisi

16 Sentyabr 2020 21:09 (UTC+04:00)

“Azərbaycanın da, Gürcüstanın da ərazisinin bir hissəsi işğal edilib. Ancaq bir çox dostumuzun Gürcüstana verdiyi dəstəklə Azərbaycana verdiyi dəstək arasında fərq var. Bunu səbəbini sorğulamalıyıq”.

AzNews.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi Yönet Can Tezel bildirib.

“Bir çox hallarda ikili standartlarla üzləşirik. Amma bu bizi dayandırmamalıdır”, - o əlavə edib.