Putin peyvənd etdirəcək?

16 Sentyabr 2020 21:38 (UTC+04:00)

“Prezident Vladimir Putin koronavirusa qarşı peyvənd etdirib-etdirməyəcəyinə özü qərar verəcək”.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əgər istəsə və istədiyi zaman o, özü bu barədə məlumat verəcək”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya dünyada ilk dəfə avqustun 11-də “Sputnik V” adlı koronavirus peyvəndi hazırlayıb. N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanan vaksinin kliniki sınağı iyun-iyul aylarında keçirilib.