"Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil"

17 Sentyabr 2020 11:15 (UTC+04:00)

"Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqdadır. Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil".

AzNews.az xəbər verir ki, bu sözləri sərt karantin rejiminin yenidən tətbiq olunmasının lazım olmadığından danışan zaman Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur: " Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə də yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədə uyğun olardı. Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır. Bu kontekstdən işləməsinə hələlik icaizə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir".

Səidə Vahid

AzNews.az