925 erməni ölüb

17 Sentyabr 2020 12:45 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 46 671 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 295 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 925 nəfər koronavirusdan ölüb, 3 232 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

AzNews.az