Keçmiş arvadını öldürdü

17 Sentyabr 2020 13:15 (UTC+04:00)

Şamaxı rayonunda qətl hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, hadisə rayonun M. Ə. Rəsulzadə küçəsində yerləşən "Ucuzluq" marketdə qeydə alınıb.

Rayon sakini Elton Hüseynov marketdə keçmiş həyat yoldaşı Xanım Teymurova ilə rastlaşıb. Tərəflər arasında yaranan mübahisə nəticəsində E. Hüseynov üzərində gəzdirdiyi bıçaqla X. Tetmurovaya bir neçə zərbə endirib. Yaralı mağazadakıların köməkliyi ilə xəstəxanayaya çatdırılsa da, orada ölüb.

Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.