Kiyevdən Bakıya uçuşlar başlayır

17 Sentyabr 2020 14:15 (UTC+04:00)

Ukraynanın “Beynəlxalq Hava Yolları” aviaşirkəti oktyabrın 1-dən etibarən Kiyevdən 5 beynəlxalq reys işə salacaq.

Məlumata görə, həmin tarixdən başlayaraq Kiyevdən Brüssel, Düsseldorf, London, Praqa və Bakıya uçuşlar həyata keçiriləcək.

Sentyabrın 16-dan başlayaraq sərnişinlər aldıqları bileti uçuş baş tutan tarixədək ödənişsiz şəkildə dəyişdirə bilərlər.

Bundan başqa, şirkət Bakı da daxil olmaqla bir neçə istiqamətdə tranzit uçuşların keçirilməsini təklif edib. (Trend)

AzNews.az