Yeni ana olmuş qadın qətlə yetirildi

4 İyun 2013 14:38 (UTC+04:00)


Bu gün kənd sakini, 1988-ci il təvəllüdlü Mahmudov Elman Valeh oğlu qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib. Kənd sakinlərinin bildirdiyinə görə, Elman Mahmudov 1 ildir qeyri-rəsmi nikahda yaşayır. Bu nikahdan onun 39 günlük uşağı var. Elman Mahmudov fəhləliklə məşğuldur.

Hazırda hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq işlər aparır.(lent.az)

AzNews.az