Mədəniyyət komitəsinin payız sesiyasının işlər planı məlum olub

17 Sentyabr 2020 15:15 (UTC+04:00)

Milli Məclisin Mədəniyyət komitəsinin payız sesiyasının işlər planı məlum olub.

Bu barədə komitənin bu gün keçirilən iclasında komitə sədri Qənirə Paşayeva məlumat verib.

O bildirib ki, 2 qanun layihəsi ilə bağlı müvafiq qurumlarla birgə müzakirələr aparılır: “Bunlar “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələridir”. (Report)

AzNews.az