Pakistanın yeni səfiri Azərbaycana gəlib

17 Sentyabr 2020 15:30 (UTC+04:00)

Pakistanın yeni səfiri Bilal Hayee Azərbaycana gəlib.

Bu barədə səfir "Twitter"də bildirib.

“Təhlükəsiz şəraitdə Bakıya çatdım və Pakistanın Azərbaycandakı səfiri postunu təhvil aldım. Karyeramda yeni bir səhifənin açılmasından və qardaş Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfəmi verməkdən məmnunam”, - deyə pakistanlı diplomat qeyd edib. (APA)

AzNews.az