Prezident İlham Əliyev çilili həmkarını təbrik edib

17 Sentyabr 2020 16:00 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm”.