Kənan Doğulu: "Hamiləyəm"

17 Sentyabr 2020 16:45 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Kənan Doğulu özəl xəstəxanadan çıxarkən kameralara tuş gəlib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, müayinə nəticələrini alan müğənni müxbirlərin sualını cavablandırıb.

“Checkup” etdirdim, hər şey qaydasındadır”, - deyə K. Doğulu bildirib. Müğənni müxbirlərin “Belinizdə ciddi bir narahatlıq olduğu doğrudurmu?” sualına zarafatla “Xeyr, amma hamiləyəm” cavabını verib.

Səidə Vahid

AzNews.az