Bakının bu rayonunda su kəsiləcək

17 Sentyabr 2020 17:00 (UTC+04:00)

Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sabah Bakının Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərçiyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə AzNews.az-a “Azərsu” ASC-dən bildirilib.

Qurum naranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.