Rusiya XİN: "Qarabağ üzrə danışıqların bərpasına diqqət ayırmalıyıq"

17 Sentyabr 2020 19:18 (UTC+04:00)

“Regiondakı qaçqın və köçkünlər məsələsi də daxil olmaqla, Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş danışıqlar prosesinin bərpasına diqqət ayırmalıyıq”.

AzNews.az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

“ATƏT-in Minsk qrupu həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə məsləhətləşmələr apardı, vasitəçilərin Dağlıq Qarabağ nizamlanması kontekstində gələcək addımlar, o cümlədən nazirlərin hər biri ilə üçlüyün ayrı-ayrı görüşlərinin keçirilməsi barədə təkliflərini onlara çatdırdı. Tərəflərdən müsbət reaksiya gözləyirik”, - M.Zaxarova bildirib.