Bərdə sakininin evi yandı

18 Sentyabr 2020 09:45 (UTC+04:00)

Bərdə rayonunun Körpüsındıran kəndində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli evin dam örtüyü, tavanı 18 kv.m sahədə və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.