Tikiş sexində yanğın hadisəsi baş verib

18 Sentyabr 2020 16:15 (UTC+04:00)

Bakıda tikiş sexində yanğın hadisəsi baş verib.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.