Məhkəmə Tofiq Yaqublunun şikayətilə bağlı qərar verdi - YENİLƏNİB

18 Sentyabr 2020 16:24 (UTC+04:00)

Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri dəyişdirilib.

T.Yaqublu ev dustaqlığına buraxılıb.

16:05

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkiin baxış iclası keçirilir.

İclasa hakim Elmar Rəhimov sədrlik edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb. (Report)

AzNews.az