Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb

18 Sentyabr 2020 17:08 (UTC+04:00)

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

AzNews.az-ın məlumatına görə, bu barədə həkim Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hazırda T.Yaqublu qida qəbul eləməyə başlayıb:

“Tofiq Yaqublunun səhhəti kafidir. Aclıq aksiyasını dayandırıb. Vəziyyətinə baxaq ya bu gün, ya da sabah evə buraxılacaq”.