ABŞ-da “TikTok” yükləmək qadağan olunur

18 Sentyabr 2020 18:02 (UTC+04:00)

Sentyabrın 20-dən etibarən ABŞ tətbiq mağazalarından “TikTok” yüklənməsinə məhdudiyyyət qoyulacaq.

AzNews.az xəbər verir ki, ABŞ-ın Ticarət məsələləri üzrə dövlət katibi Uilbur Ross qərarın Prezident Donald Trampın tapşırığı ilə verildiyini açıqlayıb.

“Bu gün alınan qərar Prezident Trampın milli maraqlarımızı qorumaq üçün hər şeyi edəcəyinin göstəricisidir”,- deyə o, qərarı şərh edib.

“TikTok”un ABŞ bölməsinin bir hissəsinin Prezident Trampa yaxınlığı ilə tanınan iş adamı Larri Ellisonun şirkəti “Oracle”a veriləcəyi gözlənilirdi. “Bloomberg“in məlumatına görə, Tramp bu razılaşmanın təfərrüatlarını bəyənməyib və hələ də sənədi imzalamağa hazır olmadığını deyib.

Bununla yanaşı bildirilib ki, “TikTok” 12 noyabr tarixinə qədər ABŞ aktivlərini hər hansı bir Amerika şirkətinə satmazsa, ölkədə tətbiqin istifadəsi də qadağan olunacaq.