Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib

18 Sentyabr 2020 19:21 (UTC+04:00)

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən AzNews.az-a bildirilib ki, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

Qeyd edək ki, Qızıl medal alan məzunların siyahısında Kaspi Liseylərinin iki məzunu - Heydərova Nuranə Arif qızı və Hüseynov Əzizağa Fərid oğlunun da adları yer alıb.

Siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://edu.gov.az/upload/file/emr/2020/emr-No-437-qizil-ve-gumush-nishanla-teltif.pdf