Türkiyədə yoluxanların sayı artdı

18 Sentyabr 2020 22:08 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 62 nəfər dünyasını dəyişib, 1771 nəfər (dünən 1648 nəfər) isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 7 377-yə, yoluxanların sayı isə 299 810-a yüksəlib. Son 24 saat ərzində 1060 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ümumilikdə sağalan xəstə sayı 264 805-ə çatıb.