Fransada sutkalıq yoluxmada rekord

18 Sentyabr 2020 22:19 (UTC+04:00)

Fransada son sutkada rekord yoluxma fakttı qeydə alınıb.

AzNews.az xəbər verir ki, son bir gün ərzində 13 215 nəfərdə Covid-19 aşkarlanıb. Ötən gün bu rəqəm 10 593 idi. 123 nəfər isə vəfat edib. Epidemiyanın başlanğıcından Fransada 428 mindən çox insan infeksiyaya yoluxub.

Ölkədə ümumilikdə 31 249 nəfər dünyasını dəyişib.