Şəkidə ağır yol qəzası qeydə alındı- VİDEO

4 İyun 2013 15:35 (UTC+04:00)
Bu gün səhər saat 9.00 radələrində Şəkinin 2-ci Biləcik kəndi ərazisində ağır yol qəzası baş verib.

Qəza zamanı avtomobil piyadanı vurub. Nəticədə piyada elə hadisə yerindəcə ölüb.

Yol qəza hadisəsi Şəki-Qax yolunun 19-cu km-də baş verib. Hadisə zamanı Şəki şəhər sakini Abdurrəhmanov Samir İbrahim oğlu idarə etdiyi 55-BL-821 dövlət nömrə nişanlı "Ford" markalı avtomobillə Qax istiqamətində hərəkətdə olarkən 2-ci Biləcik kəndi ərazisində yolu keçən Əbdürəhimov Tahir Zakir oğlunu vurub. Qəza nəticəsində xəsarət alan şəxs elə hadisə yerindəcə dünyasını fəyişib.

Nəzərinizə çatdıraq ki, dünyasını dəyişən piyada zərbədən sonra təxminən 30 metr kənara düşüb. Qəzaya səbəb ilkin olaraq yüksək sürət və piyadanın ehtiyatsızlığı ehtimal edilir. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.//anspress//



AzNews.az