Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alındı

19 Sentyabr 2020 18:06 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Bu barədə AzNews.az-a DGK-dan məlumat verilib.

Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn 2 ədəd "Scania" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 600 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.