Ölkədə küləyin sürəti güclənib

19 Sentyabr 2020 21:46 (UTC+04:00)

Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, saat 18:00-a olan məlumata əsasən şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər, Xaçmazda 20 m/s, Göyçay, Xaçmaz, Bərdədə 18 m/s, Mingəçevirdə 17 m/s, Şəkidə 15 m/s -dək güclənib.

Bakıda və Abşeron yarımadasında : Bakıda 23 m/s, Qum adası, Ələtdə 20 m/s, Neft Daşlarında 19 m/s, Binədə 17 m/s, Pirallahında 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.